Livanın cənubuna İsrail zərbələri nəticəsində 6 nəfər ölüb

2026/05/1778919795.jpg
Oxunub: 403     12:16     16 May 2026    
Livan Səhiyyə Nazirliyi ölkənin cənubundakı şəhərlərdən birinə endirilən İsrail aviazərbəsi nəticəsində 6 nəfərin öldüyünü açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “BBC News” məlumat yayıb.

Məlumata görə, ölənlər arasında üç tibb işçisi də var.

Hadisə ABŞ-nin İsrail və Livanın 45 günlük atəşkəsin uzadılması ilə bağlı razılığa gəldiyini elan etməsindən sonra baş verib.

Səhiyyə Nazirliyi bildirib ki, Haruf şəhərində yerləşən mülki müdafiə mərkəzinə edilən hücum nəticəsində dördüncü tibb işçisi də ağır yaralanıb.

Cümə günü ABŞ Dövlət Departamenti Vaşinqtonda keçirilən iki günlük danışıqlardan sonra İsrail və Livanın kövrək atəşkəsi uzatmaq barədə razılığa gəldiyini açıqlamışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   İsrail  


Bizi "telegram"da izləyin