Ordu.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
“25-ci ordunun hücum bölmələri iri inzibati mərkəz və dəmir yolu qovşağı olan Krasnı Limanın azad edilməsi uğrunda küçə döyüşlərini davam etdirir. Şəhər ərazisinin 85 faizi bizim nəzarətimiz altındadır”, - deyə Gerasimov bildirib.
O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin məhv edilməsi “Svyatıye Qori” milli parkının ərazisində də davam edir.
Gerasimov bu açıqlamanı “Zapad” qoşun qruplaşmasının bölmələrindən birinin komanda məntəqəsinə səfəri zamanı verib.
Sevinc Əliyeva
Ordu.az