Ordu.az xəbər verir ki, bu barədə CNN çoxsaylı mənbələrə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, hakerlər internetə qoşulmuş və parolla qorunmayan avtomatlaşdırılmış yanacaq səviyyəsi ölçmə sistemlərindən, ATG sistemlərindən istifadə ediblər.
Bu, bəzi hallarda onlara ekranlarda görünən məlumatları dəyişməyə imkan versə də, anbarlardakı real yanacaq həcminə təsir göstərə bilməyiblər.
Kiberhücumların maddi zərərə səbəb olmadığı bildirilir. Lakin hadisə təhlükəsizliklə bağlı ciddi narahatlıq yaradıb.
Müstəqil ekspertlər və ABŞ rəsmilərinin fikrincə, ATG sistemlərinə giriş əldə olunması nəzəri baxımdan hakerlərə qaz sızmasının diqqətdən kənarda qalmasına şərait yarada bilər.
Araşdırmaya yaxın mənbələr bildiriblər ki, İranda əvvəllər qaz anbarı sistemlərinə qarşı hücumların olması bu ölkənin əsas şübhəli sayılmasının əsas səbəblərindən biridir.
Bununla belə, mənbələr xəbərdarlıq ediblər ki, ABŞ hökuməti hakerlərin heç bir iz və sübut buraxmaması səbəbindən hücumun arxasında dayanan şəxsləri tam müəyyən edə bilməyə bilər.
Əgər İranın əlaqəsi təsdiqlənərsə, bu, ABŞ Prezidenti Donald Tramp administrasiyası üçün siyasi baxımdan həssas məsələ yarada bilər və müharibə səbəbindən qaz qiymətlərinin artmasına əlavə diqqət yönəldə bilər.
CNN-in son sorğusunda iştirak edən amerikalı yetkin şəxslərin 75 faizi İrandakı müharibənin onların maliyyə vəziyyətinə mənfi təsir etdiyini bildirib.
Telekanal qeyd edir ki, bu hücumlar həm də ABŞ-dəki mühüm infrastruktur operatorları üçün xəbərdarlıq xarakteri daşıyır. Çünki onlar federal hökumətin uzun illərdir etdiyi çağırışlara baxmayaraq, sistemlərini qorumaqda çətinlik çəkirlər.
ABŞ xüsusi xidmət orqanları uzun müddətdir hesab edirlər ki, İranın kibermümkünlükləri Çin və Rusiyanın imkanlarından geri qalır.
Lakin müharibə dövründə ABŞ-nin əsas obyektlərinə qarşı həyata keçirilən bir sıra hücumlar İranın bacarıqlı və gözlənilməz rəqib olduğunu göstərir.
Sevinc Əliyeva
Ordu.az