Ordu.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Bildirilir ki, Məhəmməd Bəqir Səad Davud əl-Saadiyə aid edilən zorakılıq dalğası bir çox Avropa ölkəsində, xüsusilə Böyük Britaniyada ciddi narahatlıq yaradıb.
Son həftələrdə yəhudi icma mərkəzləri, xeyriyyə təşkilatları, sinaqoqlar və digər obyektlər hücumların hədəfinə çevrilib.
ABŞ Ədliyyə Nazirliyi əl-Saadinin həbs olunduğunu cümə günü açıqlayıb.
Ona terrorla bağlı altı ittiham irəli sürülüb. Bu ittihamlar onun İraqın “Kataib Hizbullah” silahlı qruplaşması və İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli əməliyyat əməkdaşı kimi fəaliyyət göstərdiyi iddiaları ilə bağlıdır.
ABŞ-yə gətirilməzdən əvvəl xaricdə ABŞ hakimiyyətinə təhvil verilən əl-Saadi cümə günü Manhettendə federal məhkəmə qarşısına çıxarılıb.
Ona qarşı irəli sürülən ittihamlar arasında xarici terror təşkilatlarına maddi dəstək göstərmək məqsədilə sui-qəsd hazırlamaq, ictimai yerlərdə bomba partlatmaq məqsədilə sui-qəsd hazırlamaq, həmçinin əmlakı yanğın və ya partlayıcı maddələrlə məhv etməyə cəhd göstərmək yer alır.
Sevinc Əliyeva
Ordu.az