“Hraparak”: Paşinyanın partiyasının buklet paylayanları 200-250 min dram alır

2026/05/1778915940.jpg
Oxunub: 342     10:42     16 May 2026    
“Hakim partiyanın seçki bukletlərini vətəndaşlara qapı-qapı paylayanlar əsasən partiya üzvləri deyil, bunun müqabilində maaş alan sıravi şəxslərdir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.

Nəşrin məlumatına görə, bir həftə və ya 10 günlük buklet paylanması işi üçün həmin şəxslərə 200-250 min dram ödənilir.

Qəzet qeyd edir ki, əvvəlcə bu iş “Vətəndaş Müqaviləsi” partiyasının üzvlərinə həvalə edilib. Lakin bir neçə gündən sonra onların əksəriyyəti vətəndaşlardan gördükləri mənfi münasibət səbəbindən bundan imtina edib.

Məqalədə bildirilir ki, seçicilərdən bəziləri buklet paylayanları yalnız sözlə təhqir etməyib, həm də müxtəlif hərəkətlərə əl atıblar.

“Belə ki, bəzi hallarda gənc fəalların üzərinə su töküldüyü, qapıların üzlərinə çırpıldığı və onların mənzillərdən qovulduğu qeyd olunur. Ən diqqətçəkən məqam isə buklet paylayanlara nəzarətçilərin təyin olunmasıdır.

Həmin nəzarətçilər yaşayış binalarının girişində gözləyir və bukletlərin ünvanlara çatdırılıb-çatdırılmadığını yoxlayırlar”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin