Livanın cənubunda hava hücumu nəticəsində ölənlərin sayı altı nəfərə çatıb

2026/05/1778759166.jpg
Oxunub: 323     09:01     16 May 2026    
Livanın cənubundakı Nəbatiyyə əyalətinin Haruf qəsəbəsində mülki müdafiə mərkəzinə İsrailin endirdiyi zərbə nəticəsində ölənlərin sayı altıya çatıb.

Ordu.az xəbər verir ki, bu barədə şənbə günü Livanın Milli Xəbər Agentliyi (NNA) məlumat yayıb.

"İsrail düşməninin Nəbatiyyə dairəsinin Haruf qəsəbəsindəki Mülki Müdafiə İslam Tibb Assosiasiyasının mərkəzinə endirdiyi zərbə altı nəfərin ölümünə səbəb olub, onların arasında üç tibb işçisi var", - deyə nəşr bildirib.

Qeyd olunub ki, zərbə nəticəsində 22 nəfər yaralanıb.

Daha əvvəl üç nəfərin həlak olduğu və bir nəfərin xəsarət aldığı barədə məlumat verilmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   İsrail  


Bizi "telegram"da izləyin