“BAE Systems” ABŞ ordusu üçün 535 milyon dollarlıq “Paladin” haubitsa istehsalı müqaviləsi əldə edib

2026/05/1778905595.jpg
Oxunub: 420     09:32     16 May 2026    
“BAE Systems” ABŞ ordusu üçün özüyeriyən haubitsa sistemləri, nəqliyyat vasitələri və sahəyə yerləşdirmə dəstlərini əhatə edən 535,6 milyon dollarlıq yeni müqavilə qazanıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

ABŞ Müharibə Nazirliyinin mayın 14-də yaydığı açıqlamaya görə, sabit qiymət təşviqi əsasında bağlanan müqavilənin 2029-cu il dekabrın 31-dək davam etməsi planlaşdırılır.

İş yerləri və maliyyələşdirmə maddələri müqavilə çərçivəsində veriləcək hər sifariş üçün ayrıca müəyyən ediləcək.

Müqavilə Miçiqan ştatındakı “Detroit Arsenal”da yerləşən ABŞ Ordusunun Müqavilələr Komandanlığı tərəfindən “BAE Systems”in Pensilvaniya ştatının York şəhərində yerləşən quru sistemləri bölməsinə verilib.

Müqavilədə təhvil veriləcək sistemin modeli açıq şəkildə göstərilməsə də, razılaşmanın ABŞ ordusunun hazırkı standart özüyeriyən haubitsası olan M109A7 “Paladin” istehsalını əhatə etdiyi bildirilir.

M109 ailəsinin ən müasir versiyası olan M109A7 modernləşdirilmiş güc qurğusu, təkmilləşdirilmiş şassi quruluşu və rəqəmsal atəş idarəetmə sistemi ilə seçilir.

Sistem ABŞ ordusunun zirehli bölmələrinə yüksək hərəkət qabiliyyəti ilə artilleriya dəstəyi təmin edir.

Müqavilə çərçivəsində yalnız haubitsa sistemləri deyil, texniki sənədlər, təlim avadanlıqları, ehtiyat hissələri paketləri, xüsusi alətlər və texniki xidmət infrastrukturunu əhatə edən sahəyə yerləşdirmə dəstləri də təhvil veriləcək.

Bu yanaşma yeni sistemlərin istehsal xəttindən birbaşa əməliyyat bölmələrinə daha sürətli və problemsiz şəkildə çatdırılmasını hədəfləyir.

ABŞ ordusu tenderə yalnız “BAE Systems”in təklif verdiyini açıqlayıb. Şirkət ABŞ-də M109 “Paladin” ailəsinin yeganə istehsalçısı hesab olunur.

Bu vəziyyət “Paladin” proqramına aid istehsal infrastrukturu, texniki bilik və tədarük zəncirinin böyük ölçüdə “BAE Systems” tərəfindən idarə olunması ilə əlaqələndirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BAE-Systems   ABŞ  


Bizi "telegram"da izləyin