“Livan artıq xarici maraqlar naminə kifayət qədər düşünülməmiş müharibələr yaşayıb” - Nəvaf Salam

2026/05/1778904753.jpg
Oxunub: 390     08:16     16 May 2026    
Livanın Baş naziri Nəvaf Salam bildirib ki, ölkəsi artıq xarici maraqlar uğrunda kifayət qədər “düşünülməmiş” müharibələr yaşayıb.

Ordu.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Qeyri-hökumət təşkilatlarının təşkil etdiyi şam yeməyində çıxış edən Salam ərəb ölkələrini və beynəlxalq ictimaiyyəti İsraillə danışıqlarda Beyrutun mövqeyini dəstəkləməyə çağırıb.

O bildirib ki, son danışıqlar mərhələsinin başa çatmasından və mövcud atəşkəsin 45 gün uzadılmasından qısa müddət sonra “ərəb və beynəlxalq dəstəyin tam şəkildə səfərbər olunacağına” ümid edir.

Salam vurğulayıb ki, ölkədə artıq “xarici layihələrə və maraqlara xidmət edən düşünülməmiş avantüralara” son qoyulmalıdır.

Baş nazir qeyd edib ki, Livanda yeganə silahlı struktur ölkə ordusu olmalıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   Salam  


Bizi "telegram"da izləyin