Ermənistanda havaya atəş açan şəxs generalın nəvəsi olub

2026/05/1778873823.jpg
Oxunub: 404     23:36     15 May 2026    
Mayın 14-də Ermənistanın Armavir vilayətində atışma baş verib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, saat 10:30 radələrində Ermənistan Daxili İşlər Nazirliyinin Armavir vilayəti üzrə Cinayət Polisi İdarəsinə müxtəlif nahiyələrindən kəsici-deşici xəsarətlər alan azyaşlının “Vağarşapat” Tibb Mərkəzinə çatdırılması barədə məlumat daxil olub.

Qeyd edilir ki, həkimlər uşağın həyatını xilas etməyə çalışarkən hüquq-mühafizə orqanları yaralının Üçmiədzin sakini, 15 yaşlı S.P. olduğunu müəyyən ediblər.

Araşdırma zamanı məlum olub ki, həmin gün saat 10:20 radələrində Üçmüədzin şəhərinin I Vazgen küçəsində 18 yaşlı Hapet Q., 18 yaşlı Narek H. və xəstəxanaya yerləşdirilən 15 yaşlı S.P. arasında mübahisə yaranıb.

Mübahisə zamanı Kotayk vilayət sakini, 18 yaşlı Suren D. üzərində gəzdirdiyi bıçaqla S.P.-nin bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.

Hadisə zamanı Hapet Q. yanında olan start tapançasından bir neçə dəfə havaya atəş açıb. Polis hadisədə iştirak edən şəxsləri və cinayət aləti hesab olunan tapançanı aşkar edib. Hazırda bıçağın tapılması istiqamətində tədbirlər görülür.

Məlumata görə, havaya atəş açan şəxs Üçmüədzinin keçmiş meri, erməni general Manvel Qriqoryanın oğlu Karen Qriqoryanın oğludur. Faktla bağlı xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Atışma  


Bizi "telegram"da izləyin