Ermənistanda siyasi təzyiq qalmaqalı: Müəllim tələbələri Paşinyanın görüşünə məcbur edib

2026/05/1778873530.jpg
Oxunub: 515     23:20     15 May 2026    
Armavir Regional Dövlət Kollecinin müəllimi Lusine Qriqoryan Nikol Paşinyanın Armavirdə keçirdiyi yekun görüşdə şəxsən iştirak edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

“Birliyin Qanadları” partiyasının baş nazirliyə namizədi Arman Tatoyanın yaydığı səs yazısına əsasən, Qriqoryan kollec tələbələrini “Vətəndaş Müqaviləsi” partiyasının tədbirinə qatılmağa məcbur edib.

Daha əvvəl kollecin nümayəndəsi “Armlur.am”a açıqlamasında bu məlumatı təkzib etmiş, həmçinin bildirmişdi ki, kollecin bütün müəllimləri həmin axşam həmkarlarından birinin atasının yas mərasimində iştirak edəcəklər.

Lakin “News.am” Qriqoryana zəng etdiyi vaxt onun Armavir meydanında olduğu məlum olub. Onunla danışmaq mümkün olmayıb, çünki qarşı tərəf səsi eşitməyib, amma həmin anda “Facebook” səhifəsində canlı yayımlanan Paşinyanın çıxışı aydın şəkildə eşidilib.

Ermənistan KİV-ləri xatırladır ki, Arman Tatoyan bu gün keçirdiyi təcili mətbuat konfransında Armavir Regional Dövlət Kollecinin müəllimi Lusine Qriqoryanın tələbələri Paşinyanın mitinqinə getməyə məcbur etdiyini açıqlamışdı.

Yayılan səs yazısında erməni müəllim tələbələrdən birinə axşam onları tədbir yerində görmək istədiyini deyib.

“Belə olmasın ki, mən meydana gedim və görüm ki, iki qrupumdan heç kim yoxdur. Bu ona görə lazımdır ki, sonra rəhbərliyin gözünə baxa bilim, siz də mənim gözümə baxa biləsiniz. Eyni zamanda konsertdən zövq alıb yaxşı vaxt keçirəcəksiniz. Tapşırılıb ki, insanlar mümkün qədər çox olsun və hamının iştirakı məcburidir. Baş verənləri siyasiləşdirməyə və artıq sözlər yazmağa ehtiyac yoxdur. Deyilibsə, deməli meydana gedirik”, - deyə erməni müəllim bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin