Paşinyan ölmüş erməni hərbi qulluqçunun anasına qarşı sərt reaksiya verib

2026/05/1778870840.jpg
Oxunub: 441     22:46     15 May 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyanın Metsamorda keçirdiyi seçki kampaniyası tədbiri zamanı 2023-cü ildə Ağkilsə yaşayış məntəqəsində baş vermiş yanğında ölən erməni hərbçilərdən birinin anası etiraz edib.

Ordu.az xəbər verir ki, qadın oğlunun və digər hərbçilərin ölümünə görə cavab tələb edib.

“18 il övlad böyütdüm, bu orduya verdim, mənim uşağım haradadır? Siz 15 uşağı öz səhvlərinizi ört-basdır etmək üçün yandırdınız”, - deyə o bildirib.

Məlumata görə, Paşinyan əvvəlcə qadının yanına enməyib, bir müddət onu uzaqdan dinləyib. Daha sonra isə mübahisə zamanı Paşinyan ölmüş erməni hərbi qulluqçunun anasına qarşı sərt ifadələr işlədib.

Ermənistanın Baş naziri bildirib ki, hadisədən sonra korpus komandiri və onlarla vəzifəli şəxs işdən çıxarılıb və hazırda məhkəmə qarşısındadır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin