Simonyan 44 günlük müharibədə Ermənistan tərəfinin itkilərinin sayını açıqlayıb

2026/05/1778870278.jpg
Oxunub: 472     22:29     15 May 2026    
“44 günlük müharibə nəticəsində Ermənistan tərəfdən 3833 nəfər ölüb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanda hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatlığa namizədləri siyahısında yer alan, hazırda məzuniyyətdə olan parlament sədri Alen Simonyan Armavirdə keçirilən mitinq zamanı bildirib.

“Bunlar təsdiqlənmiş rəqəmlərdir, cinayət işləri açılıb”, - deyə o qeyd edib.

Simonyan həmçinin itkin düşənlərin təxmini sayının 160 nəfər ətrafında olduğunu bildirib.

O, müxalifəti ölənlərin sayını süni şəkildə şişirtməkdə ittiham edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Simonyan   Ermənistan   Müharibə  


Bizi "telegram"da izləyin