Ermənistanda atışma baş verib, xəstəxanaya yerləşdirilən şəxs erməni generalın nəvəsidir

2026/05/1778869039.jpg
Oxunub: 378     22:14     15 May 2026    
Üçmüədzində baş verən insidentlə bağlı detallar məlum olub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “ArmLur.am” nəşri məlumat yayıb.

Nəşrə görə, mübahisə edənlər arasında erməni general Manvel Qriqoryanın qızı, keçmiş hakim Naira Qriqoryanın oğlu Seyran Artaki Poğosyan da olub.

Nəşrin məlumatına görə, o, xəstəxanadadır və ona xəsarətlər yetirilib.

Ermənistan DİN bildirib ki, Vağarşapat icma polis əməkdaşları xuliqanlıq hadisəsini aşkar ediblər, cinayət aləti olan başlatma tapançası tapılıb. Mayın 14-də saat 10:40-da Ermənistan DİN-in əməliyyat idarəetmə mərkəzinə xəstəxanadan zəng daxil olub və kəsilmiş-deşilmiş yaralarla bir yeniyetmənin, Üçmüədzin sakini olan 15 yaşlı oğlanın tibbi yardıma müraciət etdiyi bildirilib. Hadisə yerinə Vağarşapat icma polis şöbəsinin əməkdaşları gedib.

Məlumata görə, görülmüş əməliyyat-axtarış tədbirləri nəticəsində Üçmüədzinin Spandaryan küçəsində xuliqanlıq törətmək şübhəsi ilə iki 18 yaşlı yerli gənc saxlanılaraq bölməyə aparılıb. Sonrakı tədbirlər nəticəsində müəyyən olunub ki, Kotayk vilayətinin Nor Geği kənd sakini və onun dostları Üçmüədzinin Birinci Vazgen küçəsində tibbi yardıma müraciət edən və artıq saxlanılmış gənclərlə mübahisə edib. Mübahisə zamanı Nor Geği sakini 15 yaşlı yeniyetməyə bir neçə bıçaq zərbəsi vurub, 18 yaşlı üçmüədzinli isə tapança ilə iki dəfə havaya atəş açıb.

Qeyd edilir ki, hazırlanmış materiallar Vağarşapat İstintaq Şöbəsinə təqdim olunub. Xuliqanlıq və sağlamlığa orta ağır zərər vurma əlamətləri ilə cinayət işi başlanıb. Cinayət aləti olan tapança tapılıb. Hadisənin bütün iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Atışma  


Bizi "telegram"da izləyin