Ordu.az xəbər verir ki, bunu İrəvanda keçirilən “Rusiya-ABŞ münasibətləri və onların Ermənistan üzərinə təsiri” adlı konfransda Beynəlxalq Araşdırmalar İnstitutunun aparıcı elmi işçisi, Rusiya xarici siyasəti və beynəlxalq münasibətlər kafedrasının professoru İvan Safrançuk deyib..
Onun sözlərinə görə, Moskva İrəvanla münasibətləri yenidən formalaşdırmağa çalışırdı.
“Bu məsələdə postsovet ölkələrinin mövqeləri fərqli idi. Bəziləri bu yanaşmanı dəstəkləyirdi, digərləri isə yox. Bəziləri deyirdi ki, “Xeyr, biz istədiyimizi edirik”, digərləri isə, məsələn Ermənistan kimi, “Bəli, biz sizinlə eyni əlaqədəyik, amma siz bunun müqabilində həmişə bizim tərəfimizdə olmalısınız” deyirdi. Mən, əlbəttə, sadələşdirirəm, amma mexanizm ümumən belə idi. Sonra Rusiya 2000-ci illərin əvvəlində qloballaşma prosesindəki uğurlu, hərçənd tam olmayan iştirakına paralel olaraq, bu monopolist mövqedən uzaqlaşmağa başladı. Bu, getdikcə daha mürəkkəbləşdi. Rusiya, mənə elə gəlir ki, tədricən heç bir hegemonun olmaması mövqeyinə keçməyə başladı. Yəni nə biz, nə də siz. Həm də postsovet regionunun müxtəlif hissələrində…”, - deyə ekspert izah edib.
Safrançukun fikrincə, həmin dövrdə Rusiya qismən instinktiv şəkildə hərəkət edirdi.
“O, öz addımlarını kifayət qədər konseptuallaşdırmırdı. Buna görə də bu yanaşma səhv başa düşülürdü. Moskva İrəvana bu fikri çatdırmağa çalışırdı ki, bundan sonra o, özünə, öz resurslarına, imkanlarına və gücünə arxalanmağa başlamalıdır”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az