Ordu.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Məlumata görə, Qazaxıstan nümayəndə heyətinin tərkibində Qazaxıstan XİN-in insan resursları departamentinin direktoru Medet Makuljanov da iştirak edib.
“Məsləhətləşmələr zamanı həmsöhbətlər iki ölkənin xarici siyasət qurumlarının aparatları arasında qarşılıqlı fəaliyyətlə bağlı geniş məsələlər dairəsinə toxunublar.
Xüsusilə, diplomatik xidmətin təşkili, kadrların hazırlanması və ixtisasartırması, insan resurslarının idarə olunması sahəsində mövcud ən yaxşı təcrübə, eləcə də hər iki nazirliyin struktur və funksional modernizasiyası istiqamətində həyata keçirilən addımlar ətrafında fikir mübadiləsi aparılıb.
Hər iki tərəf xarici işlər nazirliklərinin müvafiq bölmələri arasında birbaşa əlaqələrin aktivləşdirilməsinin və müntəzəm məsləhətləşmələrin keçirilməsinin diplomatik xidmətin səmərəliliyinin artırılması və təcrübə mübadiləsi kontekstində vacibliyini vurğulayıb”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az