TDT ölkələri kosmik sahədə əməkdaşlığın inkişafını prioritet hesab edir

2026/05/1778865714.jpg
Oxunub: 428     21:12     15 May 2026    
Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin liderləri kosmik fəaliyyət sahəsində əməkdaşlığın inkişafını prioritet hesab edirlər.

Ordu.az-ın xəbərinə görə, bu barədə TDT-nin qeyri-rəsmi sammitinin yekunları üzrə bu gün qəbul edilmiş Türküstan Bəyannaməsində deyilir.

"Kosmik fəaliyyət sahəsində əməkdaşlığın artan əhəmiyyətini qəbul edirik və onu texnoloji tərəfdaşlığın gücləndirilməsinə, elmi və kadr potensialının inkişafına, eləcə də TDT-yə üzv dövlətlər arasında əməkdaşlığın və inteqrasiyanın dərinləşdirilməsinə yönəlmiş birgə təşəbbüslər vasitəsilə TDT-yə üzv dövlətlər arasında qarşılıqlı fəaliyyətin prioritet istiqamətlərindən biri kimi müəyyən edirik", - sənəddə bildirilib.

Bundan əlavə, sammit iştirakçıları "CubeSat-12U" nanopeykləri sinfindən olan elmi kosmik aparatın hazırlanması və yerüstü sınaqları üzrə TDT çərçivəsində davam edən birgə layihəni səmərəli çoxtərəfli əməkdaşlığın nümunəsi kimi qiymətləndirərək alqışlayıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TDT   Türküstan  


Bizi "telegram"da izləyin