"Zəngəzur dəhlizi Şimal-Cənub və Şərq-Qərb marşrutlarının əsas hissəsinə çevriləcək" - Şahin Mustafayev

2025/10/1760337661.jpg
Oxunub: 474     19:40     15 May 2026    
Zəngəzur dəhlizi Şərq-Qərb və Şimal-Cənub marşrutlarının əsas komponenti kimi bütün region üçün strateji əhəmiyyət kəsb edir.

Ordu.az-ın verdiyi məlumata görə, bunu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev "Rusiya — İslam dünyası" (KazanForum-2026) Beynəlxalq İqtisadi Forumunda bildirib.

Baş nazirin müavini bildirib ki, Araz çayı üzərindəki avtomobil körpüsünün və əlaqəli keçid məntəqələrinin tikintisi hazırda başa çatmaq üzrədir: "İstismara verildikdən sonra beynəlxalq nəqliyyat marşrutlarının tam hüquqlu bir hissəsinə çevriləcək".

Ş.Mustafayev həmçinin təxminən 10 ildir nəqliyyat əlaqəsini uğurla təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu marşrutunun əhəmiyyətini qeyd edib və layihələr başa çatdıqdan sonra regionda səmərəli və dayanıqlı dəmir yolu şəbəkəsinin formalaşacağını vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin