"Azərbaycan nəqliyyat dəhlizlərini inteqrasiya platformasına çevirir" - Şahin Mustafayev

2025/08/1756210981.jpg
Oxunub: 415     19:14     15 May 2026    
Azərbaycan nəqliyyat dəhlizlərini iqtisadi inkişaf və texnoloji inteqrasiya platformasına çevirir.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev "Rusiya — İslam dünyası" (KazanForum-2026) Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı bildirib.

O qeyd edib ki, müasir şəraitdə nəqliyyat dəhlizləri artıq sadəcə yüklərin daşınma marşrutları deyil, iqtisadi inkişaf, sənaye kooperasiyası, rəqəmsallaşma və dayanıqlı tərəfdaşlıq platformalarına çevrilir.

"Şərq-Qərb və Şimal-Cənub əsas marşrutlarının kəsişməsində yerləşən Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafını dövlət siyasətinin əsas prioritetlərindən biri kimi nəzərdən keçirir", — deyə Ş. Mustafayev vurğulayıb.

O, həmçinin forum iştirakçılarını ölkənin sosial-iqtisadi inkişaf sahəsindəki nailiyyətlərinin nümayiş olunduğu Azərbaycan pavilyonunu ziyarət etməyə dəvət edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şahin-Mustafayev   Azərbaycan  


Bizi "telegram"da izləyin