Erməni siyasi analitik: “2020-ci ildə Bakı həmsədr ölkələrə Ermənistan hakimiyyətinin destruktiv olduğunu göstərməyə nail olub”

2026/05/1778858506.jpg
Oxunub: 463     19:27     15 May 2026    
“2020-ci ildə Bakı Minsk qrupunun həmsədr ölkələrinə Ermənistanın mövcud hakimiyyətinin destruktiv olduğunu göstərməyə nail olub və vəziyyətin müharibə yolu ilə dəyişdirilməsinin mümkünlüyünü sübut edib”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi analitik Stepan Danielyan “Facebook” səhifəsində yazıb.

Danielyanın sözlərinə görə, növbəti mərhələdə Paşinyan 10 noyabr bəyanatının 9-cu bəndini yerinə yetirməkdən imtina edib və nəticədə Qarabağ itirilib.

“Zəngəzurun yeganə geosiyasi əhəmiyyəti kommunikasiya imkanlarıdır. Ermənistanın mövcud hakimiyyətinin siyasəti başqaları üçün maneəyə çevrilmək və eyni zamanda öz mövqelərini təhvil verməkdən ibarətdir”, - deyə o qeyd edib.

Erməni analitik hesab edir ki, iyunun 7-də keçiriləcək seçkilər Ermənistanda hakimiyyətin formalaşdırılması deyil, Zəngəzurun gələcəyi baxımından taleyüklü ayrılma nöqtəsidir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin