Overçuk: “Əgər İrəvan qərar versə, Avropa İttifaqı ilə Avrasiya İqtisadi Birliyi arasında seçim etməli olacaq”

2026/05/1778853751.jpg
Oxunub: 419     18:01     15 May 2026    
“Ermənistan rəhbərliyi müəyyən mərhələdə Avropa İttifaqı ilə Avrasiya İqtisadi Birliyi arasında seçim etməyə məcbur olacaq”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında deyib.

Overçuk bildirib ki, Ermənistan Avropa İttifaqı ilə yaxınlaşmaq istəyindən danışır:

“Biz dəfələrlə demişik ki, Avrasiya İqtisadi Birliyi ilə Avropa İttifaqına üzvlük bir-biri ilə uyğun gəlmir. Ermənistanda bunu çox yaxşı başa düşürlər, ölkə rəhbərliyi də bu barədə danışır və bildirir ki, bunlar uyğun olmayan məsələlərdir. Əgər onlar bu seçimi etməyə qərar versələr, müəyyən mərhələdə belə seçim etməli olacaqlar”.

Overçuk bu fikirləri “Rusiya-İslam Dünyası: KazanForum” çərçivəsində səsləndirib.

“Biz tərəfdaşlara bu kontekstdə yarana biləcək problemləri çatdırmağa çalışırıq. Nəticə etibarilə bu, onların seçimidir”, - deyə Overçuk əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Overçuk   Ermənistan  


Bizi "telegram"da izləyin