Ermənistanın Baş prokuroru İran səfiri ilə görüşüb

2026/05/1778853714.jpg
Oxunub: 406     17:59     15 May 2026    
Ermənistanın Baş prokuroru Anna Vardapetyan bu gün İran İslam Respublikasının Ermənistandakı yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirğolamini qəbul edib və onunla qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Prokurorluğu məlumat yayıb.

Məlumata görə, müzakirələr əsasən axtarışda olan şəxslərin təhvil verilməsi, hüquqi yardımın təmin olunması və digər məsələlərə həsr olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İran  


Bizi "telegram"da izləyin