Erməni sakin: “Paşinyan daim erməniləri didir, İlham Əliyevin tələblərini yerinə yetririr”

2026/05/1778850839.jpg
Oxunub: 352     17:04     15 May 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyan Armavir vilayətində seçkiqabağı təşviqat görüşlərini davam etdirir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, hazırda “Vətəndaş Müqaviləsi” partiyası Üçmüədzindədir. Burada bir sıra erməni sakinlər partiya üzvlərinə yaxınlaşaraq narazılıqlarını ifadə ediblər.

44 günlük müharibədə məhv edilmiş erməni hərbi qulluqçunun qohumu parlamentin sədri Alen Simonyana müraciət edərək deyib: “Bağışlayın, mən sizə səs verməyəcəyəm. Qohumlarıma, qonşularıma, tanışlarıma, hamıya demişəm ki, sizə səs verməsinlər. Sizə səs verməyəcəyəm. Bilmirəm kimə səs verəcəyəm, hələ namizəd tapa bilmirəm, amma kiməsə səs verəcəyəm”.

Buna cavab olaraq Simonyan vətəndaşın alternativinin olmadığını bildirib: “Səs verməlisən, biz səninlə danışmışıq, mən bilirəm, sənin alternativin yoxdur”.

Alen Simonyana yaxınlaşmayan narazı erməni qadın isə müxbirə bildirib: “Uşağımın başını yeyib, bu gün gedib ona səs verim? Nəyə görə? 5000 uşağın başını yeyib, mənim tək balamın başını o yeyib. Bu gün gəlib mənim şəhərimdə gəzir. Varım-yoxum o bir uşağım idi, gətirib qarşıma qoydular, indi də gəlib deyir ki, mənə səs verin”.

Digər bir erməni qadın isə “Vətəndaş Müqaviləsi” partiyasının tərəfdarları ilə mübahisə edib. Onun sözlərinə görə, Paşinyan vədlər verir, lakin yaxşı gələcəyə ümid yaratmır:

“O bizə lazım deyil, bizim xristianlığımızı zəiflədir, xalqımızı qırdırır, formal şəkildə deyir ki, bunu edəcəyəm, amma etmir, formal ümid verir, real işıq vermir.

Pensiyanı 10 min dram artırdı, ərzaq qiymətlərini 20 min dram qaldırdı, 50 dramlıq yumurtanı 85-95 dram etdi, 2-3 min dramlıq qəhvə 7-8 min dram oldu. Nə vəd verirsə, formal xarakter daşıyır, ümid verir, amma Ermənistana real işıq vermir, daim erməniləri didir, İlham Əliyevin tələblərini yerinə yetririr”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin