"TDT-nin müstəqil geo-iqtisadi və texnoloji mərkəz kimi formalaşması üçün yaxşı imkanı var" - Sadır Japarov

2025/04/zhapa-1743693286.jpg
Oxunub: 377     16:06     15 May 2026    
Türk Dövlətləri Təşkilatının (TDT) müstəqil geo-iqtisadi və texnoloji mərkəz kimi formalaşması üçün yaxşı imkanı var.

Ordu.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Türküstanda keçirilən qeyri-rəsmi sammitində danışıb.

“Bugünkü sammitin “Süni intellekt və hüquqi inkişaf” mövzusu zamanın tələblərinə cavab verən son dərəcə aktual məsələdir. Dünya dərin dəyişikliklər mərhələsindədir. Texnologiyaların həyatımızı nə qədər sürətlə dəyişdirdiyi açıq şəkildə görünür. Rəqəmsal transformasiya və süni intellekt iqtisadiyyata, təhsilə, səhiyyəyə və ictimai həyatın bütün sahələrinə təsir göstərir. Bu gün rəqabət yalnız resurslar və ərazilər uğrunda deyil, həm də texnologiyalar və süni intellekt uğrundadır. Belə şəraitdə Türk Dövlətləri Təşkilatının müstəqil geo-iqtisadi və texnoloji mərkəz kimi formalaşması üçün yaxşı imkanı var”, - deyə Japarov bildirib.

Qırğızıstan Prezidenti qeyd edib ki, süni intellekt və rəqəmsallaşma bütün türk məkanında fəal şəkildə inkişaf edir.

“Hazırkı dövr bu istiqamətdə dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi dövrüdür. Yalnız birgə səylərimiz, bilik mübadiləsi və texnoloji inteqrasiya vasitəsilə müasir dünyanın tələblərinə cavab verə bilərik. Türk dövlətlərinin birliyi və ortaq innovasiya potensialı yeni iqtisadi imkanlar açacaq və regionu qlobal texnoloji xəritədə güclü mərkəz kimi möhkəmləndirəcək”, - deyə o əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Japarov   TDT  


Bizi "telegram"da izləyin