Ərdoğan TDT ölkələri ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək niyyətində olduğunu bəyan edib

2026/04/1777042748.jpg
Oxunub: 435     16:10     15 May 2026    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) üzv ölkələri ilə kibertəhlükəsizlik, rəqəmsallaşma və müdafiə sənayesi sahəsində əməkdaşlığı gücləndirmək niyyətində olduğunu bəyan edib.

Ordu.az xəbər verir ki, o bunu TDT-nin qeyri-rəsmi Zirvə görüşündə deyib.

R.Ərdoğanın sözlərinə görə, kibertəhlükəsizlik müasir dünyada quruda, havada və dənizdə təhlükəsizlik qədər həyati əhəmiyyət daşıyır: "Türkiyənin sədrliyi dövründə biz TDT çərçivəsində kibertəhlükəsizlik sahəsində koordinasiyanı və əməkdaşlığı daha yüksək səviyyəyə çatdırmaq niyyətindəyik".

Türkiyə lideri həmçinin ortaq türk əlifbasının təhsil, mədəniyyət, akademik əməkdaşlıq və rəqəmsal transformasiya sahələrində geniş tətbiqinin vacibliyini vurğulayıb.

Bundan əlavə, Ərdoğan türk dillərinin rəqəmsal məkanda iştirakını artırmağa imkan verəcək türk dili modeli daxil olmaqla süni intellektə əsaslanan layihələrin dəstəklənməsinin lehinə çıxış edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   TDT  


Bizi "telegram"da izləyin