Ordu.az xəbər verir ki, bu barədə “The Economist” nəşri yazıb.
Nəşrə görə, həmin vaxtdan etibarən Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın uzunmüddətli himayədarı olan Rusiyadan məyus olaraq ABŞ və Avropaya yönəlməyə çalışır və Azərbaycanla sülh müqaviləsi istiqamətində işləyir.
Nəşr qeyd edib ki, bir çox erməni Paşinyanı sevmir. İrəvanın divarları müharibə zamanı onun uğursuzluqlarını xatırladan həlak olmuş əsgərlərin şəkilləri ilə örtülüb.
Müəllif xatırladıb ki, mayın 4-5-də Ermənistanda Avropa Siyasi Birliyinin sammiti keçirilib.
“Etirazçıların bir hissəsi hesab edir ki, qərbyönlü dönüş əks nəticəyə səbəb olacaq. “Bu, Ermənistanı geosiyasi oyunların meydanına çevirir”, - deyə etirazçılardan biri nəşrə müsahibəsində bildirib.
Narazılıq millətçi siyasətçilər arasında da müşahidə olunur. Ən məşhur müxalif qruplaşmaya rəhbərlik edən erməni əsilli rusiyalı oliqarx Samvel Karapetyan hakimiyyəti devirməyə çağırış ittihamı ilə ev dustaqlığındadır. O, ittihamları rədd edir.
Karapetyan hökuməti Azərbaycanın tələblərinə güzəştə getməkdə ittiham edib. Onun sözlərinə görə, Paşinyan “Rusiya ilə müharibə təhrik etməyə çalışır”, - deyə məqalədə bildirilib.
Nəşr qeyd edib ki, bu cür fikirlər İrəvanda nadir deyil, lakin kənd yerlərində daha az rast gəlinir. Çünki hökumət həmin ərazilərdə yollar və məktəblər tikib.
“The Economist” vurğulayıb ki, Paşinyanın çatışmazlıqları da var. Onun korrupsiyaya qarşı mübarizəsi zəifləyib, populist üslubu isə rəqiblərini qıcıqlandırır.
“Paşinyandan dialoqdan çox monoloq görürük”, - deyə “Carnegie Europe” mərkəzinin analitiki Tomas de Vaal bildirib.
Nəşr qeyd edib ki, Kreml də prosesə müdaxilə edə bilər. Rusiya Ermənistanın qazının 85 faizini təmin edir və ölkədə hərbi bazaya malikdir.
“Həmçinin Rusiyaya məxsus şirkətlər Ermənistanın həyati əhəmiyyətli infrastrukturuna sahibdir. Bu isə keçmiş hakimiyyətlərin bağladığı borc güzəşti müqavilələrinin nəticəsi sayılır.
Bu yaxınlarda Rusiya şübhəli sanitariya səbəblərini əsas gətirərək “Cermuk” mineral suyunun bəzi partiyalarının satışını qadağan edib. Belə taktika yalnız ermənilərin keçmiş himayədarlarına qarşı etimadsızlığını daha da gücləndirəcək”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az