Şahin Mustafayev və Aleksey Overçuk iki ölkə arasında iqtisadi münasibətləri müzakirə ediblər

2026/05/1778846952.jpg
Oxunub: 371     16:06     15 May 2026    
Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk iki ölkə arasında iqtisadi münasibətləri müzakirə ediblər.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Məlumata görə, işgüzar görüş Kazan Beynəlxalq İqtisadi Forumunun çərçivəsində baş tutub.

“Görüş zamanı tərəflər ikitərəfli iqtisadi münasibətləri, həmçinin aprelin 16-da Qubadlıda keçirilən Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 24-cü iclasının nəticələrini müzakirə ediblər”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Rusiya  


Bizi "telegram"da izləyin