Almaniyada Ermənistan polis qoşunlarının keçmiş komandanı ölüb

2026/05/1778846905.jpg
Oxunub: 377     16:04     15 May 2026    
Ermənistan polis qoşunlarının keçmiş komandanı, general-leytenant Qaregin Qabrielyan 65 yaşında ölüb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

O, daha çox “Qel” ləqəbi ilə tanınırdı.

Qaregin Qabrielyan Almaniya Federativ Respublikasında ölüb.

O, uzun illər Ermənistanın silahlı və hüquq-mühafizə sistemlərinin əsas simalarından biri olub, hərbi xidmətin müxtəlif mərhələlərindən keçərək bir sıra mühüm bölmələrə rəhbərlik edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qabrielyan  


Bizi "telegram"da izləyin