Ölmüş erməni hərbi qulluqçunun anasından Paşinayana: “Nə üçün uşaqlarımızı yandırdınız?”

2026/05/1778846494.jpg
Oxunub: 336     15:57     15 May 2026    
“Mən səndən iyrənirəm, səni seçdiyim o günə lənət olsun. Uşağım haradadır? Sən 15 uşağı apardın, yandırdın, mənim uşağımı yandırdın”.

Ordu.az xəbər verir ki, bu sözləri bu gün Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının təbliğat kampaniyası zamanı baş nazir Nikol Paşinyana müraciət edən ölmüş erməni hərbi qulluqçunun anası deyib.

“18 il uşaq böyütdüm, bu orduya verdim, mənim uşağım haradadır, niyə 15 uşağı yandırdınız? Mənim uşağım 12:30-da sağ idi. Necə bu qədər əmin idiniz ki, onlar yanıb və çölə çıxa bilməyib, ki, ertəsi gün belə bir açıqlama verdiniz? Cavab verin, o 15 uşaq haradadır, niyə bizi bu qədər qaranlıq içində qoydunuz? Mən sizi iki dəfə seçmişəm, amma o günə lənət olsun, siz mənim uşağımın ölümünə səbəb oldunuz, 15 uşağı öldürdünüz və bu gün gəlib deyirsiniz ki, uşaq bağçası tikdik, pensiyanı artırdıq”, - deyə erməni qadın bildirib.

Cavab olaraq Nikol Paşinyan qeyd edib ki, iş hazırda məhkəmədədir. Daha sonra Paşşinyan həmin sözləri müxalifətin toplantılarında deməyi tövsiyə edib, çünki həmin hadisədən sonra işdən azad etdiyi korpus komandirinin müavini indi müxalif fəaldır.

“Yaxşı, xanım, başa düşdük, bundan sonra korpus komandiri işdən azad edilib, onlarla vəzifəli şəxs işdən çıxarılıb. İndi onlar mühakimə olunur. Mən valideynlərin həyəcanını anlayıram, amma niyə müxalifətin yığıncaqlarına getmirsiniz? Korpus komandirinin müavini indi müxalif fəaldır. Mən onları işdən azad etdim və ordudan qovdum, çünki öz vəzifələrini yerinə yetirmədilər. Burada türklər-mürklər deməyin, o Kaluqadan pulla yayılmış narrativləri burada ümumiyyətlə deməyin”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin