Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “News.am” nəşri məlumat yayıb.
Saxlanılan şəxslərin olduğu bildirilir.
Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi nəşrin sorğusuna cavab olaraq bildirib ki, seçki rüşvəti verməyə və vətəndaşların seçki hüququnun sərbəst həyata keçirilməsinə mane olmağa hazırlıq halları ilə bağlı Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsində başlanmış cinayət işi çərçivəsində “Güclü Ermənistan” partiyasının Lori bölgəsində fəaliyyət göstərən ofislərində bir sıra axtarışlar və digər prosessual tədbirlər həyata keçirilib.
“Birləşdirilmiş yemlər” mağazası adı altında fəaliyyət göstərən ofisdə də axtarış aparılıb. Saxlanılan şəxslər var. İstintaq davam edir. Zərurət yaranarsa əlavə məlumat veriləcək”, - deyə komitədən bildirilib.
Alpər Mövludoğlu
Ordu.az