Rusiyanın XİN rəhbəri Moskva ilə İrəvan arasındakı münasibətləri mürəkkəb adlandırıb

2026/05/1778835988.jpg
Oxunub: 328     12:59     15 May 2026    
“Rusiya və Ermənistan hazırda yaxın, lakin eyni zamanda mürəkkəb münasibətlərə malikdir”.

Ordu.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu Dehlidə BRICS nazirlər toplantısının yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

Lavrov qeyd edib ki, münasibətlərin mürəkkəbliyi Qərbin Ermənistanı “öz nəzarəti altına almaq” cəhdləri ilə bağlıdır.

“Bizim Ermənistanla münasibətlərimiz var, bu münasibətlər yaxın və müttəfiq xarakter daşıyır, lakin eyni zamanda mürəkkəbdir. Çünki Qərb Ermənistanı, MDB-nin bəzi digər üzvləri kimi, yenidən öz tabeliyinə almağa, həmçinin Ermənistanın MDB və Avrasiya İqtisadi Birliyindəki tərəfdaşları ilə qarşılıqlı faydalı iqtisadi, ticarət və investisiya əlaqələrini qırmağa çalışır”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin