Ordu.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu Dehlidə keçirilən BRICS nazirlər toplantısının yekunlarına dair mətbuat konfransında bildirib.
“İndi düşünürəm ki, yaranan problemləri müzakirə etmək üçün optimal imkan olacaq. Bu problemlər Avropa İttifaqının Ermənistanı öz orbitinə çəkməkdə israr etməsi, o cümlədən Ermənistanın Avrasiya İqtisadi Birliyi çərçivəsində malik olduğu üstünlükləri itirməsi riski ilə bağlıdır.
Bütün bu məsələləri dürüst və açıq şəkildə müzakirə etmək imkanı mayın son həftəsinin sonunda Qazaxıstanda keçiriləcək Avrasiya Ali İqtisadi Şurasının sammitində yaranacaq”, - deyə Lavrov bildirib.
Rusiya xarici işlər naziri əlavə edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın seçki işləri ilə məşğul olduğu və Avrasiya İqtisadi Birliyi liderlərinin görüşünə qatıla bilməyəcəyi barədə məlumat eşidib.
“Bu, əlbəttə ki, kədərli olardı, çünki havada qalan məsələləri müzakirə etmək üçün yaxşı imkan idi”, - deyə Lavrov qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az