Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, Paşinyan ictimai təkzib və böhtan nəticəsində vurulmuş qeyri-maddi zərərə görə 6 milyon dram təzminat tələb edir.
Mayın 11-də təqdim edilən iddia ərizəsi mayın 14-də icraata qəbul olunub və hakim Yerem Yesoyana həvalə edilib.
Xatırladaq ki, Nikol Paşinyan Samvel Karapetyana qarşı məhkəmə iddiası qaldıraraq mətbuat konfransı zamanı səsləndirdiyi aşağıdakı fikrin təkzib olunmasını tələb edib:
“Baş nazir Nikol Paşinyan Çindən özü ilə hallüsinasiyalara səbəb olan göbələklər gətirib və hər çıxışından əvvəl onlardan istifadə edir”.
Alpər Mövludoğlu
Ordu.az