“Ermənistan vətəndaşlarının Rusiyaya girişinə icazə verilməməsi ilə bağlı heç bir siqnal almamışıq” - Papoyan

2026/05/1778833302.jpg
Oxunub: 389     12:20     15 May 2026    
“Ermənistan vətəndaşlarının Rusiyaya girişinə icazə verilməməsi ilə bağlı heç bir siqnal almamışıq”.

Ordu.az xəbər verir ki, bunu mayın 15-də seçkiqabağı təbliğat kampaniyası zamanı Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.

Hazırda hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatlığa namizədlərinin proporsional siyahısına daxil edilən Papoyan bildirib ki, ola bilər hansısa vətəndaşın sənədlərlə bağlı problemi var, amma eyni zamanda 100 min insanın belə problemi yoxdur.

“Yəqin ki, bu, savadsız kaluqalı oliqarxın düşüncə məhsuludur. Onlar hər gün Ermənistana qarşı ən yaxşı necə fəaliyyət göstərə biləcəklərini düşünürlər. Azərbaycanlılar 300 min azərbaycanlıdan danışmırlar, amma onlar bu barədə danışırlar. Onlar (Ermənistan müxalifəti-red.) anti-dövlət fəaliyyəti ilə məşğuldurlar və buna siyasi, həmçinin hüquqi qiymət verilməlidir.

Biz Ermənistandan pomidoru başqa ölkələrə ixrac edirik, oradan isə Ermənistana xarici agentlər ixrac olunur. Bu maraqlı ticarət dövriyyəsindən sonra siyasi, daha sonra isə hüquqi proseslər başlamalıdır.

Azərbaycanlıların Ermənistana qayıdışı mövzusu kaluqalı oliqarxın ətrafı üçün sərfəlidir, çünki onlar bundan Ermənistana qarşı istifadə etmək istəyirlər. Çünki zəif Ermənistan kaluqalı oliqarx üçün sərfəlidir”, - deyə Papoyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Papoyan   Ermənistan  


Bizi "telegram"da izləyin