Sadiq Qurbanov: "Dünya ölkələri Azərbaycana təhlükəsiz ölkə kimi etimad göstərir"

2026/05/1778831250.jpg
Oxunub: 331     11:05     15 May 2026    
Azərbaycanın təhlükəsiz ölkə olduğunu nəzərə alan dünya ölkələri beynəlxalq tədbirlərin burada keçirilməsinə razılıq verirlər.

Ordu.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Bakı Dövlət Universitetinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə "Bakı Şəhərsalma Həftəsi" çərçivəsində "Davamlı və dayanıqlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, bu gün dünya qlobal təhlükələr qarşısındadır:

"Ekoloji problemlər, su qıtlığı və müəyyən qədər insan amillərindən təsirlənən dünya var. Biri də elə şəhərsalma problemidir və bu gələcəyə baxışdır. Gələcəyin şəhərləri yalnız bugünkü ehtiyacı yox, gələcək nəsillərin təhlükəsiz və ekoloji təmiz mühitdə yaşamasını təmin etməlidir. Bu səbəbdən dayanıqlı, davamlı inkişaf edən şəhər modelləri qurulmalıdır".

O vurğulayıb ki, yeni bir dünya düzənində Azərbaycanın gördüyü işlər dünyada qiymətləndirilir:

"Azərbaycanın bir çox sahələrdə apardığı ədalətli mübaizəni qəbul edirlər. Təhlükəsiz ölkə kimi Azərbaycanda böyük konfransların keçirilməsinə razılıq verirlər".

Sadiq Qurbanov əlavə edib ki, Azərbaycanda gənc kadrların sayı artırılır, elm sahəsində diqqətəlayiq işlər görülür.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Sadiq-Qurbanov  


Bizi "telegram"da izləyin