Ermənistan KİV-i: Hakimiyyət seçki rüşvətinə görə cəzaları daha da sərtləşdirmək niyyətindədir

2026/05/1778823887.jpg
Oxunub: 310     09:43     15 May 2026    
“Hakimiyyət seçki rüşvəti verməyə və almağa görə Cinayət Məcəlləsində nəzərdə tutulan cəzaları daha da sərtləşdirmək niyyətindədir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Qəzetin məlumatına görə, hazırda da bu cəzalar yüngül hesab olunmur.

“Mövcud qanunvericiliyə əsasən, seçki rüşvəti verməyə görə 8 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur. Yeni təklifə əsasən isə bu müddətin 10 ilədək artırılması planlaşdırılır.

Seçki rüşvəti almağa görə hazırda nəzərdə tutulan 7 ilədək həbs cəzasının da 9 ilədək artırılması təklif olunur”, - deyə nəşr bildirib.

Qəzet hesab edir ki, layihə növbədənkənar rejimdə qəbul ediləcək və əsas məqsəd müxalif qüvvələri və onların tərəfdarlarını qorxutmaqdır.

“Təxminən iki aydır ki, həmin şəxslərə qarşı saxta rüşvət işləri açılır. Həmin işlərdə “maaş adı altında seçki rüşvəti paylanılıb”, “müəyyən edilməmiş şəxsə naməlum xarakterli əmlak vədi verilib” kimi absurd ifadələr yer alır”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçki  


Bizi "telegram"da izləyin