Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşrə görə, Paşinyan vəzifəsindən, nazir, deputat və ya vilayət rəisi olmasından asılı olmayaraq, hamının insanların evlərinə getməli olduğunu bildirib.
“Məlumata görə, o qeyd edib ki, tanınmayan gənclərin buklet paylaması əvəzinə partiya üzvləri vətəndaşlarla birbaşa təmas qurmalıdırlar.
Paşinyan komanda üzvlərindən yalnız küçələrdə və ev-ev gəzərək vətəndaşlarla ünsiyyət qurmağı deyil, həm də hər axşam insanların hakimiyyət və xüsusilə “Vətəndaş Müqaviləsi” partiyası barədə nə düşündüyünü məruzə etməyi tələb edib.
Buna uyğun olaraq, hakim partiya hansı bölgələrdə zəif mövqeyə malik olduğunu müəyyən etməyə və məhz həmin istiqamətlərdə daha fəal işləməyə çalışır”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az