“Dərələyəzdə keçmiş nüfuzlu şəxs Aşot Arsenyanın vilayət rəisi olan oğlu Arsenyan, “Vətəndaş Müqaviləsi” partiyası üzvləri arasında yayılan məlumatlara görə, şəxsən Paşinyana söz verib ki, iyunun 7-də bölgədə hakim partiya tam qələbə qazanacaq”.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.
“Vilayət rəisi Paşinyanın narahatlığına cavab olaraq deyib: “Variant yoxdur, bölgədə “Vətəndaş Müqaviləsi” partiyası həlledici qələbə qazanacaq”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Dərələyəz
Paşinyan