Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edib ki, bu addımın mümkün qan davasının qarşısını almaq məqsədilə atıldığı bildirilir.
“Merdzavandakı mənbələrin məlumatına görə, kənddə Ohanyanlar, Axtoyanlar və Harutyunyanlardan demək olar ki, heç kim qalmayıb. Mənbənin sözlərinə görə, polis kənddə növbətçiliyi davam etdirir.
Xatırladaq ki, V. Qriqoryanın qətlindən sonra Merdzavan sakinləri Axtoyanlar ailəsinin kənddən çıxarılması tələbi ilə imza toplamağa başlamışdılar.
İstintaq Komitəsi isə təqsirləndirilən şəxslərin yaxınlarını və onlarla əlaqəli şəxsləri, xüsusilə “Vətəndaş Müqaviləsi” partiyasından olan Mher Axtoyanın ailəsini kənddən uzaqlaşdırmışdı.
Mher Axtoyan isə qətldən 10 gün əvvəl Ermənistanı tərk etmişdi”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az