Ermənistan KİV-i: Mövsümi işçilər üçün problemlər yaranıb

2026/05/1778821991.jpg
Oxunub: 382     09:11     15 May 2026    
Ermənistanın mövcud hakimiyyətinin anti-Rusiya davranışı ilə bağlı Rusiya dairələrinin yalnız ritorikası gündən-günə sərtləşmir, bunun ardınca praktiki addımlar da atılır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Qəzetə verilən məlumata görə, erməni sahibkarlara qarşı maneələr yaradılması ilə yanaşı, artıq bir neçə gündür Lars keçid məntəqəsi vasitəsilə Rusiyaya işləməyə gedən Ermənistan vətəndaşları üçün də məhdudiyyətlər yaranıb.

“Danışıq dilində desək, mövsümi işçilər artıq bir neçə gündür Rusiyaya gedərkən problemlərlə üzləşirlər, bəziləri hətta Lars keçid məntəqəsindən geri qaytarılıb”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin