Ermənistan səfiri ABŞ-nin ticarət katibinin müavini ilə görüşüb

2026/05/1778821635.jpg
Oxunub: 381     09:03     15 May 2026    
Ermənistanın ABŞ-dəki səfiri Narek Mkrtçyan ABŞ-nin ticarət katibinin tekstil, istehlak malları, materiallar, kritik faydalı qazıntılar və metallar üzrə müavini Coşua Krun ilə görüş keçirib.

Ordu.az xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.

Məlumaat görə, görüş zamanı kritik faydalı qazıntılar və metalların hasilatı və emalı sahəsində iki ölkə arasında əməkdaşlıq imkanları müzakirə olunub.

“Tərəflər sahədə mövcud investisiya imkanlarına, həmçinin Amerika şirkətləri ilə mümkün əməkdaşlıq perspektivlərinə toxunublar.

Qlobal təchizat zəncirlərində kritik faydalı qazıntıların strateji əhəmiyyəti vurğulanıb və bu istiqamətdə əməkdaşlığın davamlı inkişaf etdirilməsinin vacibliyi qeyd olunub”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan  


Bizi "telegram"da izləyin