Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, tədbir Ermənistanın sülhməramlı briqadasının 2-ci taborunun imkanlarının inkişaf etdirilməsi, peşəkarlığın artırılması və beynəlxalq sülhməramlı missiyalara hazırlıq istiqamətində davam edən işlər çərçivəsində təşkil olunub.
“Kanzas Milli Qvardiyasının heyəti sülhməramlı əməliyyatlarda istifadə olunan hərbi planlaşdırma prosesləri, müxtəlif komanda səviyyələri arasında koordinasiya və tibbi yardımın planlaşdırılması üzrə qabaqcıl təcrübələri təqdim edib.
Bu təşəbbüs Ermənistan ilə Kanzas ştatı arasında 2003-cü ildən etibarən davam edən Ştat Tərəfdaşlığı Proqramı çərçivəsində uzunmüddətli əməkdaşlığı, həmçinin döyüş hazırlığı, peşəkar hazırlıq və hərbi xidmət səviyyəsinin artırılması istiqamətində tərəfdaşlığı bir daha nümayiş etdirir”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az