Sabiq erməni prezident: “2008-ci il 1 mart hadisələrinin əsas məsul şəxsi və günahkarı Nikol Paşinyandır”

2026/05/1778785302.jpg
Oxunub: 438     22:58     14 May 2026    
“2008-ci il 1 mart hadisələrinin əsas məsul şəxsi və günahkarı məhz Nikol Paşinyandır”.

Ordu.az xəbər verir ki, bunu Acapnyak inzibati rayonunun sakinləri ilə görüş zamanı Ermənistanın ikinci prezidenti və baş nazirliyə namizədi Robert Köçəryan bildirib.

O xatırladıb ki, hakimiyyətdə olduğu 10 il ərzində yalnız bir jurnalist qətli baş verib.

“Bizim komandamızın üzvü Tiqran Nağdalyan öldürülüb. Qətlin icraçısı indiki müxalifət siyasətçilərindən birinin qardaşı idi”, - deyə erməni siyasətçi bildirib.

Onun sözlərinə görə, həmin dövrdə daha bir jurnalist məhkum edilib, lakin peşə fəaliyyəti səbəbindən deyil, hərbi xidmətdən yayınmağa görə məhkum edilib. Köçəryan bildirib ki, həmin şəxs qonşusunun uşaqlarını öz adına qeydiyyata salmış, sonra isə anasının adından məktub yazmışdı və bunu söz azadlığına təzyiq kimi təqdim edirlər.

Köçəryan qeyd edib ki, indi isə insanlar sosial şəbəkələrdəki “like”lara və jurnalistlərlə ünsiyyətə görə işdən çıxarılırlar.

“Narkomaniyanın və cinayətkarlığın çoxalması onunla bağlıdır ki, polis cinayətkarlıqla mübarizə aparmaq əvəzinə “Facebook” paylaşımlarını izləyir. Sakit olun, media problemlə üzləşməyəcək”, - deyə Köçəryan bildirib.

“10 il ərzində parlament yaxınlığında yalnız bir mitinq dağıdılıb, o da 2004-cü ildə olub. Bu 15 dəqiqə çəkdi və heç kim xəstəxanaya müraciət etmədi. Sonra isə mən artıq gedəndə 2008-ci ilin mart hadisələri baş verdi və burada əsas təxribatçı, əsas məsul şəxs və günahkar məhz Nikol Paşinyan idi”, - deyə Köçəryan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Köçəryan  


Bizi "telegram"da izləyin