Ordu.az xəbər verir ki, bunu Acapnyak inzibati rayonunun sakinləri ilə görüş zamanı Ermənistanın ikinci prezidenti və baş nazirliyə namizədi Robert Köçəryan bildirib.
O vurğulayıb ki, hakimiyyət sistemli fəaliyyət haqqında düşünməli idi.
“Qoy tikinti olsun, amma bununla paralel yollar, körpülər və metro tikilməlidir. Əks halda İrəvan yaşamaq üçün yararsız şəhərə çevriləcək. İndi varlı insanlar mərkəzdə yaşamağa can atırlar, 5 ildən sonra isə mərkəzdə yaşamamaq üçün hər şeyi edəcəklər. Başqa ölkələrin belə təcrübəsi var. Məgər eyni çaya iki dəfə girmək lazımdır? Heç bir nəqliyyat qovşağı tikməyiblər. Belə nəticə əldə etmək üçün heç nə etməməyi çox istəmək lazımdır. Əvəzində isə insanları əla cərimələyirlər və vergiləri artırırlar”, - deyə siyasətçi bildirib.
O, istehza ilə əlavə edib ki, artıq yalnız mükafatlara görə vergi tətbiq etmək qalır, başqa fikir ağlına gəlmir.
“8 milyard dollar hara getdi? Belə vəsaiti heç nə etmədən xərcləmək üçün xüsusi istedad lazımdır. Biz demək olar ki, borc almadan tikirdik. Fəlakət zonasını borca girmədən bərpa etdik”, - deyə Köçəryan xatırladıb.
Alpər Mövludoğlu
Ordu.az