Robert Köçəryan: “Yəqin dərmanlarını qəbul etməyib”

2026/05/1778780834.jpg
Oxunub: 447     21:34     14 May 2026    
“Belə təəssürat yarandı ki, həmin gün ya dərmanlarını qəbul etməyib, ya da onda növbəti yaz kəskinləşməsi başlayıb. Bunun mahiyyətini həkimlərdən soruşmaq daha düzgün olar”.

Ordu.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistanın ikinci prezidenti və “Hayastan” blokunun baş nazirliyə namizədi Robert Köçəryan Nikol Paşinyanın “1 Mart” hadisələri ilə bağlı açıqlamalarını və məsuliyyəti başqalarının üzərinə atmaq cəhdlərini şərh edərkən deyib.

Köçəryan vurğulayıb ki, həmin iğtişaşların ilk təxribatçısı və təşkilatçısı məhz indiki baş nazir olub və insanları polis ilə toqquşmalara təhrik edib.

O bildirib ki, hökumət başçısının hazırkı davranışı isteriyanı xatırladır və Paşinyan bunu səhvən seçkiqabağı mübarizəyə uyğun üslub hesab edir.

Sabiq erməni prezidentin sözlərinə görə, müxalifətə qarşı səsləndirilən belə təhdidlər və hüquq-mühafizə orqanlarına təsir göstərmək cəhdləri onda narahatlıq yaratmır. Çünki o, hələ 2018-ci ildə “konstitusiya quruluşunun devrilməsi” ittihamlarının əsassız olduğunu sübut edib və bəraət alıb.

Seçkilərdən sonra mümkün ssenarilər və müxalifətə qarşı təzyiqlərlə bağlı suala cavab verən erməni siyasətçi bildirib ki, səsvermə başa çatana qədər hipotetik variantları müzakirə etmək niyyətində deyil.

Robert Köçəryan qeyd edib ki, Gürcüstan nümunəsi. Yəni müxalifətin heç bir nəticə əldə etmədən mandatlardan imtina etməsi belə addımların səmərəsizliyini göstərir.

O əlavə edib ki, blok seçkilərin yekun nəticələrinə əsasən qərar verəcək və köhnə işlərin yenidən təsnif edilməsi və ya yeni cinayət təqiblərinin başladılması ilə bağlı heç bir cəhd onu siyasi mübarizədən geri çəkilməyə məcbur etməyəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin