Petrosyanın komanda yoldaşı: “Vano Siradeğyanı Nikol Paşinyan öldürüb”

2026/05/1778779277.jpg
Oxunub: 443     21:20     14 May 2026    
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi “Erməni Milli Konqresi” baş nazir Nikol Paşinyanın açıqlamalarına cavab verib.

Ordu.az xəbər verir ki, bu barədə “Erməni Milli Konqresi”nin deputatlığa namizədlər siyahısına rəhbərlik edən Levon Zurabyan “Facebook” səhifəsində paylaşım edib.

“Müştərimizin artıq “Erməni Milli Konqresi”nə qarşı əsəbiləşməyə başlaması çox yaxşıdır. Onu bir kənara qoyaq ki, məhz sənin, Nikol Paşinyan, bilik çatışmazlığın səbəbindən, kitab oxumamağın, geosiyasi reallıqlar, beynəlxalq münasibətlər, diplomatiya, danışıqlar və hərb sənəti barədə heç bir təsəvvürünün olmaması ucbatından bu fəlakətli müharibələri yaşadıq və bu qədər darmadağın və alçaldılmış vəziyyətə düşdük.

Amma bunu bir kənara qoyaq. Bunu Vano Siradeğyan barədə elə bir adam deyir ki, sözün əsl mənasında Ermənistanın baş naziri olaraq Vano Siradeğyanı öldürüb. Çünki o, sadəcə Vano Siradeğyanı Ermənistana qaytarmalı və ona qarşı dövlət səviyyəsində həyata keçirilən bütün ədalətsiz ittihamlardan və təqiblərdən azad etməli idi.

O, Vano Siradeğyana mesaj göndərdi və dedi: “Sən onsuz da həbsdə yatmalısan, sonra bəlkə sənə əfv verərəm”. Məhz bu, Vanonu öldürdü.

İndi düşünürəm ki, bəlkə də Vano “Gədələrin zamanı” kitabını yazarkən məhz səni və bütün dəstəni nəzərdə tuturdu”, - deyə Levon Zurabyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Siradeğyan   Paşinyan   Zurabyan  


Bizi "telegram"da izləyin