Ordu.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, görüş zamanı parlamentdə birinci oxunuşda təsdiqlənmiş “İnvestisiyalar haqqında” qanun layihəsi ilə bağlı məsələlər müzakirə olunub.
“Müzakirələr zamanı Ermənistana keyfiyyətli investisiya axınının intensivləşdirilməsinin vacibliyi və ölkənin investisiya mühitinin cəlbediciliyinin artırılması məsələlərinə toxunulub.
Baş nazirin müavini bu formatda keçirilən görüşlərin ölkədə həyata keçirilən islahatların hazırlanması prosesində biznes ictimaiyyətinin iştirakının təmin edilməsi və yeni təşviq mexanizmlərinin hazırlanması baxımından vacib olduğunu qeyd edib”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az