Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
“Ermənistan İstintaq Komitəsinin İrəvan şəhər istintaq idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq zamanı müəyyən edilib ki, 2026-cı il mayın 12-də A.A. informasiya və kommunikasiya texnologiyalarından istifadə edərək “Facebook” səhifəsində yayımlanan videoda nifrət, ayrı-seçkilik, dözümsüzlük və düşmənçiliyin təşviqi və təbliği ilə bağlı bəyanatlar verib.
Onun barəsində Cinayət Məcəlləsinin 329-cu maddəsinin 2-ci hissəsinin 3-cü bəndi ilə ictimai cinayət təqibi başlanıb. Bu maddə nifrət, ayrı-seçkilik, dözümsüzlük və ya düşmənçiliyin təşviqinə və təbliğinə yönəlmiş ictimai çıxışları, eləcə də bu məqsədlə material və əşyaların kütləvi informasiya vasitələri və ya informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə yayılmasını nəzərdə tutur.
Cinayət işi üzrə ibtidai istintaq zamanı A.A. saxlanılıb və onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət təqdim olunub”, - deyə açıqlamada bildirilib.
Alpər Mövludoğlu
Ordu.az