Ordu.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistanın “Hayastan” blokunun deputatı İşxan Sağatelyan İrəvanın Acapnyak inzibati rayonunun sakinləri ilə blok nümayəndələrinin görüşündən əvvəl deyib.
“Küçələrin hamısının bağlandığını gördünüzmü? Hər küncdə, hər kolun altında “qırmızı beretlilər” dayanıb. Bəs kim qorxur? O, (Paşinyan-red.) həmişə insanların arasına çıxmaqdan qorxmalıdır, hamı ona “xəyanətkar” deyirdi”, - deyə Sağatelyan bildirib.
Erməni deputat iri sahibkarları Paşinyanı dəstəkləməkdən çəkindirərək bildirib ki, bu templə onların sərvəti türklərin əlinə keçə bilər.
“Burada dövlətçilik məsələsi həll olunur, onlar isə sadəcə Paşinyanın İlham Əliyevə verdiyi vədləri yerinə yetirməsi üçün vasitədirlər. Paşinyanın fəaliyyəti nəticəsində rəqib Cermukun yaxınlığındadır”, - deyə erməni deputat vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az