Azərbaycan Qlobal Cənub təşəbbüsləri üçün möhkəm zəmin yaradıb - UN-Habitat

2026/05/Ekran-1778771499.jpg
Oxunub: 434     19:00     14 May 2026    
Azərbaycan çoxtərəfli əməkdaşlığın təşviqi və Qoşulmama Hərəkatına sədrliyi sayəsində Qlobal Cənub təşəbbüsləri üçün möhkəm zəmin yaradıb.

Ordu.az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat- Qana) rəhbər orqanlarının sabiq katibi və hökumətlərarası əlaqələr şöbəsinin rəhbəri Kristian Mensa “Bakı Şəhərsalma həftəsi” çərçivəsində keçirilən Qlobal Cənub QHT Platformasının I Baş Assambleyasında çıxışı zamanı deyib.

“Azərbaycanın çoxtərəfli əməkdaşlığın təşviqində liderliyi, o cümlədən Qoşulmama Hərəkatına sədrliyi Qlobal Cənub QHT Platforması kimi təşəbbüslər üçün möhkəm zəmin yaradıb”, - deyə o bildirib.

Mensa həmçinin inklüziv beynəlxalq dialoqun təşviqi məqsədilə vətəndaş cəmiyyəti nümayəndələrinin bir araya gətirilməsinin vacibliyini vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Qlobal-Cənub  


Bizi "telegram"da izləyin