Paşinyan Züqanova cavab verib

2026/05/1778766935.jpg
Oxunub: 385     17:49     14 May 2026    
Ermənistanın Baş naziri və hazırda hakim “Mülki Müqavilə” Partiyasının deputatlığa namizədlərinin proporsional siyahısına rəhbərlik edən Nikol Paşinyan “NEWS.am”ın müxbirinin Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanovun bəyanatı ilə bağlı sualını cavablandırıb.

Ordu.az xəbər verir ki, Paşinyan Rusiyadan səslənən bəyanatların emosional xarakter daşıdığını bildirib.

“Rusiyadan səslənən bəyanatlara gəldikdə isə düşünürəm ki, bunlar emosional bəyanatlardır”, - deyə o qeyd edib.

Digər jurnalistin Ermənistan-Rusiya münasibətlərində eskalasiyanın mümkünlüyü ilə bağlı sualını cavablandıran Paşinyan belə bir ssenarini istisna edib və müxalifəti belə vəziyyət yaratmağa çalışmaqda ittiham edib.

“Ancaq belə bir şey olmayacaq. Rusiya ilə mübahisəyə girmək Ermənistanın miqyasına uyğun deyil, biz kiçik ölkəyik”, - deyə Paşinyan bildirib.

O, Ermənistanın Avrasiya İqtisadi Birliyinin tamhüquqlu üzvü olduğunu xatırladıb.

“Əgər mən Avrasiya İqtisadi Birliyinə qarşı siyasət aparsaydım, o zaman təşkilatın işi iflic vəziyyətinə düşərdi, çünki qərarlar konsensusla qəbul olunur”, - deyə Paşinyan bildirib.

Paşinyan qeyd edib ki, müxalifət vətəndaşları Türkiyə və Azərbaycanla sərhədlərin açılacağı ilə qorxudur, halbuki heç bir pis nəticə olmayacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Züqanov  


Bizi "telegram"da izləyin